Melissa Park-da Novruz Coşqusu!
Melissa Group, ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramını Melissa Park sakinləri ilə birlikdə qeyd etdi. Baharın gəlişi və milli dəyərlərimizin yaşadılması məqsədilə təşkil olunan tədbir sakinlər üçün xoş anlarla dolu oldu.
Tədbirdə Aynaband qrupu canlı ifaları ilə möhtəşəm atmosfer yaratdı, Keçəl, Kosa və Bahar qız isə əyləncəli çıxışları ilə iştirakçılara maraqlı anlar yaşatdılar. Bayramın əsas simvollarından biri olan Novruz tonqalı da alovlandırıldı və Melissa Park sakinləri bu anı birlikdə qeyd etdilər.
Qonaqlar 360° foto zonasında xatirə videoları çəkdirib, foodtruck-larda ənənəvi Novruz təamlarından dadaraq bayram əhvalını hiss etdilər.
Melissa Group olaraq, biz yalnız keyfiyyətli yaşayış məkanı təqdim etmir, eyni zamanda sakinlərimizin birlik və paylaşım ruhunu qoruyub saxlamaq üçün çalışırıq. Novruz bayramının əsas dəyərlərindən olan birlik və həmrəyliyi qeyd etmək bizim üçün önəmlidir.
Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir, ailənizə bolluq, bərəkət və xoş günlər arzulayırıq!
Tədbirin videosu ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: